Şirvanda evin çardağı çökdü: 1 nəfər dağıntılar altında qalıb

Day.Az представляет новость на азербайджанском языке.

Şirvanda evinin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət alan vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.