İmişlidə avtomobilin vurduğu piyada ölüb

Day.Az представляет новость на азербайджанском языке

Bu gün İmişli şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, "Mercedes" markalı avtomobil rayonun Yalavac kənd sakini, 1958-ci il təvəllüdlü Dəmirov Zahid Məşdi oğlunu vurub.
Ağır xəsarət alan Z. Dəmirov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İmişlidə avtomobilin vurduğu piyada ölüb -