Gələn il buraxılış imtahanlarında yenilik ola bilər

Day.Az представляет новость на азербайджанском языке

Bu il ümumi təhsil bazasından, yəni 9-cu sinifdən buraxılış imtahanları ötən dərs ilində olduğu kimi iki mərhələdə keçiriləcək.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, ötən il tətbiq edilən ikimərhələli model şagirdlərin biliyini daha ətraflı qiymətləndirməyə imkan verdiyindən yeni qiymətləndirmə mexanizmi dəyişdirilməyəcək.
İkinci mərhələdə isə hər iki fənn üzrə hərəsinə 30 olmaqla ümumilikdə 60 test tapşıırığı təqdim edilir.
Dövlət İmtahan Mərkəzininin mətbuat katibi Xanlar Xanlarzadə deyir ki, tam orta təhsil bazasından buraxılış imtahanlarında da bu il heç bir yenilik olmayacaq.

Amma növbəti ildən etibarən tam orta təhsil bazasından buraxılış imtahanlarında yenilik ola bilər.
Bu ilki buraxılış və qəbul imtahanlarının nə zaman keçiriləcəyi yaxın 10 gün ərzində məlum olacaq. 3 aylıq imtahan təqvimi ictimaiyyətə elan ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.