Masallı sakini öz vəsaiti hesabına muzey düzəldib - VİDEO

13 января 2018 20:17

Day.Az представляет новость на азербайджанском языке

Masallı rayonunun Xırmandalı kənd sakini Əmirəli Yaqubov 800-ə yaxın qədim əşyanı yığaraq muzey təşkil edib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Əmirəli Yaqubov 15 ildir ki, kənddəki Mədəniyyət Evində muzey təşkil edib. Muzeydə olan eksponatlar əsasən qədim məişət və təsərrüfat əşyalarıdır.
Muzeydə 17-19-cu əsrlərə aid tüfəng də var ki, bunu Əmirəli Yaqubov kənd sakinlərindən əldə edib. Eksponatların arasında ən qədim əşya isə 5-6-cı əsrlərə aid daşdan hazırlanmış məişət əşyasıdır.
Əmirəli Yaqubov deyir ki, bu işə böyük marağı olduğundan eksponatları da öz vəsaiti hesabına əldə edib. Fotostendlərdə, həmçinin II Dünya müharibəsində həyatını itirmiş kəndin adlı-sanlı ağsaqqalları, alimləri və müharibə illərində kənddə böyük əməyi keçən qadınların fotoları da sərgilənir.
Muzeydə saxlanılan ən dəyərli eksponat isə Azərbaycan bayrağıdır. Bu, vaxtilə Şuşa şəhərinin hərbi Qərargahında saxlanılan bayraqdır. Bu bayraq 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməməsi üçün bir zabit tərəfindən götürülüb. Bayraq 5 il əvvəl Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə edilib.
Hazırda binada şərait olmadığından eksponatların tez sıradan çıxma ehtimalı yüksəkdir. Ona görə də Əmirəli Yaqubovun arzusu muzeyi qoruyub gələcək nəsillərə ötürmək üçün yeni bir binanın tikilməsidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!