Sumqayıtda 19 yaşlı vəhşicəsinə döyülüb

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıtda 19 yaşlı qız naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib. Naməlum şəxslər tərəfindən döyülən 19 yaşlı Aytac Yadigarova təcili tibbi yardım xidmətinə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Aytac Yadigarova ağır kəllə-beyin travması alıb və həkimlərin nəzarətinə götürülüb. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.