İmişlidə fərdi yaşayış evi yanıb - VİDEO

13 января 2018 21:15

Day.Az представляет новость на азербайджанском языке

İmişlidə fərdi yaşayış evi yanıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yanğın zamanı evdə adam olmayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Amma ev əşyaları ilə birikdə külə dönüb. Hadisə gecə saatlarında İmişli şəhər Lətif Vəliyev küçəsində yerləşən Aslanov Yadigara məxsus evdə qeydə alınıb. Ev sahibinin sözlərinə görə, alov evin yola tərəf olan otağından başlayıb və digər otaqlara keçib. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canli qüvvəsi cəlb edilib. Yanğın söndürlüüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!