Parisdə azərbaycanlı pianoçunun konserti keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Parisdə azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

Day.Az "Report"a istinadən bildirir ki, "Zamanlar" adlanan konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqilərindən ibarət olub.
Parisin Lüksemburq məbədində keçirilən konsertdə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Preludia", Ravelin "Sonatin", Debussinin "Suite pour le piano" əsərini və digər dünya şöhrətli bəstələri ifa edib.
Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransanın məşhur Sarbonna Universitetində musiqişünaslıq ixtisasına yiyələnən pianoçu Səidə Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.