Bakıda bu yollarda sürət həddi endirilib

13 января 2018 21:05

Day.Az представляет новость на азербайджанском языке

Heydər Əliyev prospekti-Hava limanı və Zığ-Hava limanı yollarında bütün zolaqlar üzrə sürətlər 20 km/saat endirilib.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.
M.Ağayevin sözlərinə görə, sürət həddinin endirilməsinə səbəb hazırkı hava şəraitidir. Həmin yollarda müvafiq olaraq sürüşkən yol işarəsi qoyulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!