Ukraynada qızılca xəstəliyi epidemiya halını alıb

Day.Az представляет новость на азербайджанском языке

Ukraynada son bir ildə qızılca xəstəliyindən 6 nəfər ölüb, onlardan 4-ü uşaqdır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci ildə Ukraynada 4782 nəfər qızılca xəstəliyinə tutulub. Həmin il qızılcadan 5 nəfər ölüb, onlardan 3-ü uşaqdır.

Bu ilin 13 günündə isə artıq 1000 nəfərdən çox insan qızılca xəstəliyinə yoluxub, bir uşaq ölüb.

Təkcə paytaxt Kiyev şəhərində 100-ə yaxın insan qızılcaya tutulub, onlardan 60-a yaxını uşaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.