Küsülü Xalq artistləri Ajda Pekkanın konsertində - FOTOLAR

13 января 2018 21:45

Day.Az представляет новость на азербайджанском языке

Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva Ajda Pekkanın konsertində bir araya gəlib.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, fərqli sıralarda oturan sənətçilər bir-biri ilə danışmayıb.

Zülfiyyə Xanbabayeva isə ona ünvanlanan "Aygün Kazımova ilə barışmısınız?" sualına "Konsertə baxmağa gəlmişəm. Bu barədə danışmaq istəmirəm" deyə cavab verib.

Brilliant Dadaşova isə əksinə, Zülfiyyə Xanbabayeva ilə söhbət edib.

Qeyd edək ki, Aygün və Zülfiyyə arasında küsülülüyün səbəbini prodüser Tolik "ATV maqazin onlarla" verilişində açıqlamışdı. Onun bu məsələni bilməsi isə Aygün Kazımovaya xoş gəlməmişdi.

Aygün Kazımova Brilliant Dadaşova ilə isə bir müddətdir danışmır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!