Yevlax sakini ağrıkəsici dərmandan zəhərlənib

Day.Az представляет новость на азербайджанском языке

Yevlax rayonunun Aran qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, 1994-cü il təvəllüdlü qəsəbə sakini Dursun Hüseyn qızı Məmmədova dərman qəbul etdikdən sonra halı pisləşib, allerqik şok keçirib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Xəstə tibbi yardım aldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
D.Məmmədovanın ağrıkəsici kimi istifadə olunan "Spazmalqon"dan zəhərləndiyi bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.