6 yaşlı qıza təcavüz edən yeniyetməyə ƏN AĞIR CƏZA

14 января 2018 08:46

Day.Az представляет новость на азербайджанском языке

İranda 6 yaşlı əfqan qız Sitayiş Qüreyşi zorlayaraq qətlə yetirən yeniyetmə Əmirhüseyn Purcəfər dara çəkilib.

Day.Az teleqraf.com-a istinadən xəbər verir ki, o, yanvarın 4-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında edam edilib.

Zorlama və qətl hadisəsi 2016-cı ilin aprel ayında İranın Vəramin şəhərinin Xeyrabad kəndində baş verib. Qətl törədərkən hələ 17 yaşına çatmamış qatil dondurma almaq üçün küçəyə çıxan Sitayişi oğurlayaraq evlərinə aparıb, zorladıqdan sonra qətlə yetirib.

Qatil il yarımdan çox həbsdə saxlandıqdan sonra 18 yaşına çatan kimi edam edilib.

İran İslam Respublikası əhalisinin sayına görə həyata keçirdiyi edamların sayı baxımından dünyada 1-ci yeri tutur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!