İbrahimdən şok xəbər - kiminlə evlənmək istədiyini açıqladı - FOTO

14 января 2018 08:45

Day.Az представляет новость на азербайджанском языке

"Show TV"də yayımlanan "Seda Sayanla" verilişinə qonaq olan müğənni İbrahim Tatlıses şok açıqlamalar verib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı keçmiş xanımı Ayşegül Yıldıza səslənərək ona yenidən evlilik təklifi edib:

"Mən artıq İzmirliyəm. Mən İzmiri sevdim, o da məni. Trilyon versələr də, İstanbula geri dönmərəm. Məni oradan küsdürdülər. Məni vurdular amma vurana qarğış etmədim. Demək ki, Allah mənə belə bir cəza verdi. Üsyan da etmərəm, şikayət də. Allahdan ümidimi kəsmədim. Mahnı oxumaq üçün darıxmışam. Səsim sankı pas atıb. Yalnız mahnı oxumaq üçün Allaha dua edirəm. Bir də evlənməyi düşünürəm. Elifin anası, Ayşəgül Yıldıza evlənmə təklifi edirəm. Ona aşiq deyiləm, amma evlənmək istəyirəm. Özünə bu barədə heç vaxt deməmişəm. Ekrandan ona səslənirəm".

Qeyd edək ki, cütlük İ.Tatlıses silahlı hücumdan sonra uzun müddət sevgili olduğu Ayşəgüllə 2011-ci ildə ailə qurub. Evliliklərinin ikinci ilində onların Elif adlı bir qızı olub. Lakin cütlük 2013-cü ildə qarşılıqlı anlaşma nəticəsində ayrılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!