Azərbaycanda unikal Anatomiya muzeyi yaradılıb

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.