Saatlıda 35 yaşlı kişinin qolu pambıqtəmizləyən qurğuda qalıb

14 января 2018 10:21

Day.Az представляет новость на азербайджанском языке.

Saatlı rayonunun pambıq zavodunda bədbəxt hadisə baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, zavodda işləyən 35 yaşlı Əliabad kənd sakini Musayev Anar Abduləzim oğlunun qol nahiyəsi ehtiyatsızlıqdan pambıqtəmizləyən qurğuda qalıb.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Anar Musayev xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!