"Barışa həyatı zindan etmişəm" - Güpse

Day.Az представляет новость на азербайджанском языке.

Güpse Özay "Deliha 2" filmi üçün 20 kiloqram kökəlmiş, sonra yenidən artıq çəkilərindən xilas olmuşdu. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işindən danışan Güpse "Film bəyəniləcəkmi, bilmirəm, amma mən bir daha bu qədər kökəlib arıqlayacağıma əmin deyiləm. Bu, səhhətim üçün də təhlükəlidir. Hollivud ulduzları kimi bir filmdən 100 milyon qazansam, mən də 120 kiloqram çəki alaram" deyib.

Hər şeyi çox idarə etdiyini söyləyən aktrisa "Yazdığım ssenarini, çəkdiyim insanları çox idarə edirəm. Barışa da (sevgilisi, aktyor Barış Arduç - red.) həyatı zindan etmişəm. Onu tez-tez yoxlamıram. Amma çox hərəkətliyəm. Hərdən "Bəsdir, dayan, otur" deyə bağırır" deyə, sözlərinə əlavə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.