Bərdədə ev yandı, ata və oğul xəsarət aldı

14 января 2018 17:28

Day.Az представляет новость на азербайджанском языке.

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Qaradəmirçi kəndində Çingiz Quliyevə məxsus birmərtəbəli fərdi yaşayış evinin mətbəxində başlayan yanğın, qısa zamanda genişlənərək digər iki otağa da keçib.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.

Yanğın zamanı alovu söndürməyə cəhd edən ev sahibinin oğlu Ceyhun Quliyev əlindən yanıq xəsarəti alıb. Çingiz Quliyev isə tüstüdən zəhərlənib. Hər iki şəxs təcili tibbi yardıma müraciət edib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!