Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurdu

14 января 2018 18:22

Day.Az представляет новость на азербайджанском языке.

Sumqayıt şəhərində məktəbli qızı maşın vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.

Yaralı qız Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının zədə məntəqəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!