Bakıda gənc sevgililər kirayə qaldıqları evdən oğurluq ediblər

14 января 2018 22:31

Day.Az представляет новость на азербайджанском языке

Bakı sakini evində baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib.

Day.Az lent.az-a istinadən bildirir ki, 1946-cı ildə anadan olmuş Şərifov Möhübbət Nemət oğlu ərizə ilə müraciət edərək bildirib ki, Naximov küçəsi döngə 2, ev 38 ünvanında kirayə verdiyi mənzildən kirayənişinlər oğurluq edib. Belə ki, orada kirayədə yaşayan gənc sevgililər: 1994-cü il təvəllüdlü Tural Həsənovla 1997-ci ildə anadan olmuş Əfsanə Kərimova evdən 2 ədəd perforator, 1 ədəd laqunda, pensiya kartı, ev sahibinə və həyat yoldaşına məxsus geyim əşyalarını götürərək qaçıblar.

Müraciət əsasında araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!