Ötən il Azərbaycanda rekord sayda iş yerləri yaradılıb

Day.Az представляет новость на азербайджанском языке

Təkcə 2017-ci ildə ölkədə 221 min yeni iş yeri açılıb. Bunun 177 mini daimi iş yerləridir. Yeni iş yerlərinin yaradılması bu il də davam etdiriləcək.

Ötən il Azərbaycanda rekord sayda iş yerləri yaradılıb. Yeni yaradılan iş yerlərinin böyük bir hissəsi daimidir.

Day.Az bildirir ki, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Cəmaləddin Quliyevin sözlərinə görə, düzgün iqtisadi islahatların aparılması, xüsusilə də sənaye parklarının yaradılması, investisya təşviqi sənədlərinin verilməsi iş yerlərinin sayının artmasının başlıca səbəbləridir.

İşsizliyin aşağı səviyyədə saxlanılması və yoxsulluğun aradan qaldırılması üçün yeni iş yerlərinin yaradılması bu il də davam edəcək. Bu ilin əsas hədəfi kənd təsərrüfatı sahəsində iş yerlərinin yaradılmasıdır.

Şöbə müdiri əlavə edib ki, 2018-2030-cu illəri əhatə edən məşğulluq stategiyası da hazırlanıb. Strategiyanın əsas hədəfi yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması və aztəminatlı ailələrin iş yerlərinə çıxışının təmin edilməsidir. Görüləcək bu kompleks tədbirlər çərçivəsində ölkədə məşğulluq artırılacaq, yoxsulluq isə minimuma endiriləcək..

Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində olub. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ötən il Azərbaycanda rekord sayda iş yerləri yaradılıb