Tanınmış teleaparıcı: "İçimdə ona qarşı böyük sevgi var"

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış teleaparıcı Murad Əzimzadə "Ögey ana" serialında çəkilir. O bu serialdakı rolundan danışaraq etiraflar edib.

"Artıq bir neçə aydır ki, "Ögey ana" serialında çəkilirəm. Mənə bu seriala dəvət gələndə aktyor kimi də özümü sınamaq qərarına gəldim. Mən ekran işində sevgi hisslərimi ifadə edirəm. Bu hisslər hamıya tanışdır, hamımız bu hissləri yaşamışıq. İçimdə obrazıma qarşı böyük sevgi var. Murad öz sevgisini Leyliyə sevdirir, ona sevgisini sübut edir. Hər bir tamaşaçı Muradla Leylinin qovuşmasını gözləyir. Bunu bəzən mənə sosial şəbəkələrdə sual kimi də verirlər. Vallah, bu sualın cavabını heç özüm də bilmirəm. Ssenari necə yazılacaqsa, elə də olacaq", - deyə teleaparıcı bildirib.

Qeyd edək ki, Murad Əzimzadə ATV-də "Kulis" verilişinin aparıcısıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.