"Heç sağlığında ona belə diqqət etmirdilər" - Aşıq Vüqarın qohumu gileyləndi - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Aşıq Vüqar Mahmudoğlunun yaxın qohumu, gənc aşıq Sahib həmkarlarının aşıqa laqeyd münasibətindən gileylənib. Milli.Az-a açıqlama verən aşıq bunları bildirib:
"Mənim dilim gəlmir ki, deyim aşıq Vüqar rəhmətə gedib. O sənəti və insanlığı ilə nəslimiz içərisində özünə böyük hörmət qazanmışdı. Mən onun yaxını idim, bilirdim ki, ona kimlər yaxındır, kimlər uzaq. Bəzi sənət yoldaşları heç sağlığında ona bu qədər diqqət etmirdilər. Aşıq Vüqarın ölümündən sonra mən bu sənətlə birdəfəlik vidalaşmaq istədim, amma ailəsi qoymadı. Dedilər ki, bu sənəti davam etdirməlisən. Məni elə aşıq Vüqar toylara aparıb, püxtələşdirib. Onun ölümü həqiqətən bizə, yaxınlarına, bütün aşıq elinə böyük təsir etdi. Hətta onun ölümünə göz yaşları içində bir şeir də yazmışam:
"Ağla, ey şikəstə, yan, ey kərəmi.
Bil ki, bu aləmdə sirdarım gedir.
Fəxr et qara torpaq, qara qoynuna
Sərrafım, zərgərim, xiridarım gedir.
Daha şən nəğməni oxuma bülbül
Soldu laləzarda saraldı bir gül
Od ocaq nə lazım, alovlan könül
Məclislər zinəti sərdarım gedir
O idi dünyada tək inandığım
Sənət aləmində ulduz sandığım
Mahmud Vüqarına arxalandığım
Ümüdüm pənahım ustadım gedir"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре