Şəhidlər xiyabanında ümumxalq ziyarətinə hazırlıqlar başladı

Day.Az представляет новость на азербайджанском языке

20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında ciddi hazırlıq işlərinə start verilib. Day.Az bildirir ki, hazırlıq işləri Bakı şəhər İcra hakimiyyəti tərəfindən aparılır. Məqsəd 20 yanvar gününə qədər şəhidlər xiyabanını çoxminlik ziyarətçilərin gəlişinə hazırlamaqdır.

Şəhidlər Xiyabanının girişində güllər vasitəsiylə böyük həcimli 20 və qərənfil kompozisiyası əks olunacaq. Tünd qırmızı qərənfillər yazının aydın oxunması üçün istifadə olunur. Şəhidlər xiyabanının bəzənməsində istifadə olunan gül-çiçək Azərbaycanın bütün rayonlarından gətirilib.

Hazırlıq işləri çərçivəsində işıq dirəklərinin kənarları və səkilər qərənfillə bəzədilib. Faciə gününə bir neçə gün qalsa da indidən ziyarətə gələnlər var.

Qeyd edək ki, işlərin yanavr ayının 19-a qədər yekunlaşdırılması planlaşdırılır. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Şəhidlər xiyabanında ümumxalq ziyarətinə hazırlıqlar başladı