Bu yollarda hərəkət iflic olur

Day.Az представляет новость на азербайджанском языке

Magistral yolda avtomobillərin hərəkəti dayanıb. Səbəb isə mal-qaranın yolun hərəkət hissəsindən keçirilməsidir.

Bura Bakı-Qazax magistralının Ağdaş rayonu ərazisindən keçən hissəsidir. Day.Az bildirir ki, sakinlər səhər və axşam saatlarında heyvanlarını otlağa aparmaq üçün sürətlə gedən avtomobillərin arasından yolu keçirlər. Özlərini təhlükəyə atan bu şəxslər həm də sürücülər üçün real qəza şəraiti yaradırlar.

Ağdaş rayonunun Ləki kəndi ərazisindən yaranan bu mənzərədən daha çox əziyyət çəkən elə yoldan istifadə edən sürücülərdir. Bir çox hallarda isə bu yolda mal-qaranın təlafatı ilə nəticələnən qəzalar baş verir. Belə halda da sürücü və mal-qara sahibi arasında məhəkəmələrə gedib çıxan mübahisələr yaranır.

Məsələ ilə bağlı Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev deyir ki, "Yol hərəkəti haqqında" qanunun 39-cu maddəsində konkret olaraq yollarda mal-qara ötürənlərin vəzifələri əks olunub.Qaydaya görə,vətəndaşlar mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər. Bununla yanaşı, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində də yolun hərəkət hissəsindən ötürməməlidirlər. Bəs nəzərdə tutulmayan yerlərdə mal-qara ötürüldükdə və bu zaman yol qəzası baş verərsə məsuliyyəti kim daşımalıdır?

Məsuliyyət tək bununla yekunlaşmır.Tələbləri pozan şəxslər müvafiq miqdarda cərimə də olunurlar.

Belə keçidlər olmadıqda isə vətəndaşlar mal-qaranın keçidini bildirən xəbərdarlıq nişanlarının olduğu ərazilərdən heyvanları keçirməlidirlər. Bu halda isə yol qəzası baş verdikdə mal-qara sahibi yox bir başa sürücü məsuliyyət daşıyır. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu yollarda hərəkət iflic olur