Bakıda tələbələr üçün yeni yataqxana tikiləcək

Day.Az представляет новость на азербайджанском языке

Ölkədə min yerlik tələbə yataqxanası tikiləcək. 

Day.Az bildirir ki, bu açıqlamanı Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov verib. Bildirib ki, yataqxana Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin birgə layihəsidir. 

Yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulan yataqxana kompleks şəklində olacaq və şəhərcik kimi inşa ediləcək. 

Yaxın bir neçə il ərzində digər ali təhsil ocaqlarının ərazisində də yeni yataqxanaların tikilməsi nəzərdə tutulub. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda tələbələr üçün yeni yataqxana tikiləcək