Telefon ekranı çatlayanda dəyişməyə ehtiyac qalmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Mobil bazar investor və müxtəlif tədqiqat şirkətləri üçün çox cəlbedicidir, ona görə ən qabaqcıl texnologiyalar məhz bu seqmentdə meydana çıxır.

Day.Az ICTnews-a istinadən xəbər verir ki, bu günlərdə Koreya Elmi Tədqiqat İnstitutunda işləyən alimlər smartfonlar üçün özü bərpa olunan material yaradıblar.

Bu material "Elastomer" adlandırılıb. İstehsalçı əmin edir ki, bu materialdan istifadə zamanı qurğunun korpusundakı çat və əziklər 30 dəqiqə ərzində yoxa çıxacaq. Bərpa prosesi otaq temperaturunda baş verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.