17 yaşlı qızı maşın vurub

Day.Az представляет новость на азербайджанском языке

Xaçmaz şəhərində piyadanın vurulması nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin Tağıyev küçəsində baş verib. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 2001-ci il təvəllüdlü Seyidməmmədova Aysel Laçın qızına sol siz oynağının əzilməsi diaqnozu qoyulub,vəziyyəti normaldır.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.