Bakının bir hissəsində su kəsiləcək

Day.Az представляет новость на азербайджанском языке

Bakının bir hissəsində su olmayacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən məlumata görə, 17 yanvar 2018-ci il tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

Buna səbəb Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.