Tünd dodaq boyası, parlaq ənlik və saçlar - BU TRENDLƏR GERİ DÖNÜR

17 января 2018 23:16

Day.Az представляет новость на азербайджанском языке

Moda trendləri göz açıb bağlayana qədər dəyişir. Bəzən köhnə şeylər trend olur, bəzən dəyişik axımlar olur. Adətən köhnələn trendlər bir neçə ildən bir təkrar dəbə düşür olur. Day.Az ailem.az-a istinadən yeni olmayan, amma yenidən dəbə düşən trendləri təqdim edir.

Parlaq göz boyası

80 və 90-cı illərin makiyaj çılğınlığı, hər gün isatifadə etdiyimiz göz boyaları zamanla azaldı. Ancaq son zamanlarda olduqca populyar olan parlaq göz boyalarının istifadəsi dəbə minib.

Tünd rəngli dodaq boyası

Artıq sadəcə qotiklər, ya da rokçular deyil, hər kəs tünd rəngli dodaq boyası sürtür. Dəriniz üçün doğru dodaq boyası rəngini tapmağınız kifayətdir. Tünd rəngli dodaq boyaları ilə cazibədar ola biləcəyiniz kimi, sakit bir görünüş də əldə edə bilərsiniz.

80-ci illərin disko stili

1980-ci illərin ana makiyaj qaydası nə qədər parlaq olarsa, makiyaın qədər yaxşı olmasıdır. Zamanla bu dəb bir az yavaşlasa da, hazırda da retro tərzli makiyajlar təkrar populyarlaşıb.

Üz daş-qaşları

 

Bir zamanlar Gwen Stefani istifadə etmişdi və indi təkrar üz daş-qaşları ilə parıltılı görünmə zamanıdır.

Merilin Monro xalı

50-ci illərin ikonası Merilin Monro dodağının üzərindəki xal ilə bir çox qızın üst dodaqlarına pirsinq etdirməsinə ilham olub.

Ənlik

Hazırda sadəcə yanaqlarımızı vurğulayırıq. Ənlik seçiminizi daha parlaq rənglərdən seçərək gözlərinizə daha yaxın vursanız, diqqət çəkici bir görünüş əldə edə bilərsiniz.

Parlaq saç rəngi

90-cı illərin əvvəllərində parlaq saç rəngi dəlilik kimi görünürdü. Hazırda isə olduqca romantik təsir bağışlayır. Özünüzü bir çox rənglə ifadə edə bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!