"Terminal" filmi necə yaranıb? - İranlı Mehran Kəriminin QƏRİBƏ HƏYATI

17 января 2018 23:44

Day.Az представляет новость на азербайджанском языке

S.Spilberqin "Terminal" adlı filmi var. Yəqin ki, xatırladınız.
Əla filmdi.
2004-cü ildə prokata çıxıb. Baş rolu Tom Henks oynayıb.
Əla oynayıb.
Əhvalat belədir ki, Krakoza adlı uydurma bir dövlətin vətəndaşı - Viktor Navorski Nyu-Yorka gəlir. O, təyyarədə olarkən Krakozada dövlət çevirilişi baş verir. Navorski Nyu-York hava limanında enir, pasport-kontrolu keçəndə məlum olur ki, onun pasportu yarasızdır. Çünki daha yer üzündə Krakoza adlı dövlət yoxdur.
Navorski Nyu-York hava limanında - beynəlxalq relslər terminalında qalır: nə öz ölkəsinə qayıda bilir, nə də onu ABŞ-a buraxırlar. O, illərlə terminalda yaşayır.
Əla əhvalatdır.
Adama elə gəlir ki, bu cür əhvalatlar yalnız filmlərdə baş verə bilər...
Amma yox... Bu cür əhvalatlar həyatda da baş verir.
Day.Az bildirir ki, "Terminal" filmi, əslində, Mehran Kərimi Nasiri adlı İran vətəndaşının həyatından götürülüb.
Mehran Nasiri 1988-ci il avqust ayının 26-dan 2006-ci ilin iyun ayınadək Şarl de Qoll adına Paris Beynəlxalq hava limanının terminalında yaşayıb.
Mehran Nasiri 1977-ci ildə İran şahı Məhəmməd Rza əleyhinə mitinqlərdə iştirak edir. Təqiblərdən qorunmaq üçün Avropaya qaşmalı olur. 1981-ci ildə Belçikadan siyasi sığınacaq alır.
1986-ci ildə Nasiri Qlazqoya getmək qərarına gəlir.
1988-ci ildə Belçikanı tərk edib Fransaya gəlir ki, burdan Londona uçsun.
Parisdə olarkən onun çantasını oğurlayırlar. Beləcə, Naisir bütün sənədlərini itirir.
Buna baxmayaraq, hansısa formada Nasiri Londona uçan təyyarəyə minə bilir.
Lakin Londonda - Hitrou hava limanında o, pasport-kontrolu keçə bilmir. Nasirini geriyə - de Qoll adına Paris Beynəlxalq hava limanına göndərirlər.
Bundan sonra Nasiri hava limanında yaşamağa başlayır. O, sərnişinlərin verdikləri yemək hesabına dolanır. Qısa müddət ərzində populyarlaşır. Mətbuat ondan yazmağa başlayır. Qəzetlərə müsahibələr verir və bunun qarşılığında qonorar alır .
1998-ci ildə vəkili onun pasportunu qaytarmağa nail olsa da, Naisiri hava limanını tərk etmir.
Bütün bu illər ərzində Nasiri bütün vaxtını kitab oxumaq və gündəlik yazmaqla keçirir.
Nəhayət, 2006-ci ildə Nasiri nadir bir xəstəliyə tutulur və xəstəxanaya yerləşdirilir.
2007-ci ilin yanvarında sağalır və xəstəxanadan evə buraxılır.
Nasiri Parisdə yaşamağa davam edir.
Qəribədir ki, o, məhz de Qol adına hava limanının yaxınlığındakı hotellərdən birində otaq tutur... (publika.az)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!