Təhlükəsizlik Şurası: Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verməyəcək

18 января 2018 00:01

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə öz sərhədlərində terrorçuların nəzarəti altında olan zonanın formalaşmasına imkan verməyəcək və regionda terrorçuların ordu yaradılmasının qarşısını almaq üçün bütün zəruri addımları atacaq.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının yekunlarına dair qəbul edilən bəyanatda deyilir.

Sənəddə bildirilir ki, ölkənin sərhədləri, Türkiyə vətəndaşlarının və region əhalisinin təhlükəsizliyini təmin etmək üçün ilk mərhələdə Suriyanın qərbindən təhdidlərin qarşısını almaq üçün təcili və həlledici addımlar atılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!