"İtin qabağına atsan, yeməzdi"

Day.Az представляет новость на азербайджанском языке

Modelyer Gülşah Saraçoğlunun müğənni Bülent Ersoyun zinət əşyaları ilə bağlı dediyi "hamısı saxtadır" sözləri qarşı tərəfi qəzəbləndirib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, verilişlərdən birinə zəng edən Ersoy Saraçoğluna od püskürüb:

"Bu xanımdan soruşmaq istəyirəm, özü daş-qaş ustasıdır? Kilometrlərlə məsafədən onların saxta olub-olmadığını necə bilir? Taxdıqlarım brilyantdır, əzizim, sən kimsən ki, mənim zinət əşyalarımı dəyərləndirirsən? Sənə bir-iki paltar tikdirdim, nə astarı bəlli oldu, nə üzü. Sən əvvəlcə başqalarını geyindirə bilməyi öyrən. Mən olmasaydım, sənin o paltarlarını itin qabağına atsaydın, yeməzdi. Özünü bir şey zənn edirsən. Nur Yerlitaşın mənə paltarlar tikməsini həzm edə bilmədin?"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.