Məşhur model qala gecədə

Day.Az представляет новость на азербайджанском языке

"Snapchat"ın sahibi Evan Şpigellə ailəli olan model Miranda Kerr Stella Makkartninin Los-Ancelesdəki qala gecəsinə qatılıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, hamilə model "Mccartney" libasında gecəyə qatılıb. Çiyninə qara palto atan Miranda saçlarını toplayıb. Makiyajında dodağını xüsusi vurğulayan Kerr qırmızı dodaq boyasından istifadə edib. 

Qeyd edək ki, bu, Mirandadnın ikinci övladıdır. Onun aktyor Orlando Blumla nikahından Flinn adlı bir oğlu var. Modelin bu dəfə qızı dünyaya gələcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.