Bakıda yolun ortasında tikilən obyekt çökdü

Day.Az представляет новость на азербайджанском языке

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində inşa edilməkdə olan tikili çöküb.

Day.Az axar.az-a istinadla xəbər verir ki, binanın ətrafında əhalinin gediş-gəlişi tam məhdudlaşdırılıb.

İnşaat işləri zamanı tikinti normalarına əməl olunmadığı bildirilir.

Qeyd edək ki, düz piyada keçidinin yanında, özü də bundan əvvəl avtobus dayanacağı olmuş yerdə tikilən obyekt hətta yolun hərəkət hissəsinə də çıxıb. Həmçinin vaxtilə səki ilə yolun hərəkət hissənin arasında olan yaşıllıq zolağında tikilən bu obyekt tam olaraq maneə yaradır. 

Hadisə zamanı xəsarət alan olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.