Avtobus sürücüsü insanların həyatını təhlükəyə atdı və cəzalandı

Day.Az представляет новость на азербайджанском языке

Yanvarın 18-də Bakı Nəqliyyat Agentliyinə (BNA) 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib. Müəyyən edilib ki, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.

BNA-dan Day.Az-a verilən məlumata görə, həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Agentliyin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus sürücüsü yola