Bakıda zəncirvari qəza, prospektdə tıxac yarandı

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda zəncirvari yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində, "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən "Chevrolet", "Mercedes" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Hazırda yol polisləri ərazidə tıxacın aradan qaldırılması istiqamətində tədbir görür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.