Ev quşları kütləvi şəkildə tələf olur

Day.Az представляет новость на азербайджанском языке

Kənd sakinləri iddia edirlər ki, vaxtında addım atılmasa, proses daha da genişlənəcək

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, indiyədək kənddə, ümumilikdə 30-dan artıq ev quşu tələf olub. Sakinlər məsələ ilə bağlı rayon baytarlıq idarəsinin kənd üzrə nümayəndəsi İsrail Əliyevə müraciət edib və tələf olmuş toyuqlardan nümunələr götürülərək rayon və zona baytarlıq idarələrinə göndərilib.
Hadisə ilə bağlı ümumi kənddə narahatçılıq var. Kənd baytarının baş verənləri havaların kəskin soyuması və qurd xəstəliyinin olması ilə izah etməsinə baxmayaraq, kənd camaatı problemin çoxdan mövcud olduğunu, lakin soyuqların düşməsi ilə daha da aktivləşdiyini bildirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ev quşları kütləvi şəkildə tələf olur