Turkiyə Suriyanın şimalında yeni əməliyyat keçirəcəkmi?

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin təhlükəsizlik qurumu Suriyanın şimalındakı Afrin bölgəsində kürd birləşmələrinə qarşı mümkün hərbi əməliyyatı nəzərdən keçirir.

Day.Az BBC-yə istinadən bildirir ki, Xalq Müdafiə Birliklərinə (YPG) qarşı addımların müzakirəsi ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclası Türkiyə prezidentinin sədrliyi ilə keçib.

Yüksək rütbəli hərbçilər və hökumət rəsmilərinin qatıldığı tədbirdən əvvəl Recep Tayyip Erdoğan Suriyadakı "terror yuvalarını" məhv edəcəyi barədə bəyanatlar verib.

Çərşənbə günü Suriyanın şimalındakı Mənbic şəhəri yaxınlığında Türkiyənin dəstəklədiyi üsyançılar Azad Suriya Qüvvələrinin (SDF) tərkib hissəsi olan YPG-ə hücum edib.

Bu barədə kürdcə yayımlanan Rojava kanalı xəbər verir.

Ankara YPG qüvvələrini terrorçu saydığı PKK-nın qolu hesab edir.

Ankara YPG qüvvələrini terrorçu saydığı PKK-nın qolu hesab edir.

Amerika SDF birləşmələrini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizədə mühüm müttəfiq olaraq görür.

ABŞ-ın kürdlərə dəstəyi iki ölkə arasında gərginliyi daha da artırır.

Afrin istiqamətində potensial əməliyyat ötən il həyata keçirilən Fərat Qalxanıəməliyyatının davamı kimi görülür.

Türkiyə bu əməliyyata İD qruplaşmasını öz sərhədlərindən uzaqlaşdırmaq və kürd dəstələrinin hücumunu dayandırmaq məqsədilə başlamışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.