Bərdədə müəllimə zorla qaçırıldı

Day.Az представляет новость на азербайджанском языке

Bərdə rayonunda müəllimə zorla qaçırılıb. Rayonun Hacıalılı kənd məktəbinin müəlliminin qaçırılması dərs saatından sonra baş verib. Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon polis şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, müəllimə dərsdən çıxıb evə gedən zaman qaçırılıb.

Hadisə Bərdə rayonunda Hacallı kəndində olub. Kənd məktəbinin informatika müəllimi 23 yaşlı Heydərli Gülsüm rayon sakini Tural Zeynalov tərəfindən qaçırıldığı iddia olunur.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir. İnformatika fənnini tədris edən müəllimə qısa zamanda şagirdlərin və həmkarlarının böyük hörmətini qazanıb.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə Rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib. Hazırda rayon polis şöbəsində araşdırma aparılır. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bərdədə müəllimə zorla qaçırıldı