Dağlıq Qarabağ münaqişəsi: müşahidəçilərin səlahiyyətləri genişləndiriləcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün yekununda Ermənistanın Xarici İşlər Naziri məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.