"Qərbin məqsədi Türkiyəni parçalamaqdır"

Day.Az представляет новость на азербайджанском языке

Qərbin son məqsədi Türkiyəni parçalamaqdır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Y.Topçunun sözlərinə əsasən, "ərəb baharı" bir sıra müsəlman ölkələrində radikalizmin artmasına səbəb olub ki, bu da əslində qərbin əsas məqsədidir:

"Bu gün radikallar iddia edirlər ki, guya əsl islamı təmsil edirlər, lakin onların islamla heç bir əlaqəsi yoxdur".

Prezidentin köməkçisi qeyd edib ki, Türkiyə qərbin planına mane ola biləcək yeganə ölkədir:

"Türkiyə həmişə bütün radikal və terror təşkilatları ilə fəal mübarizə aparacaq. Ümumiyyətlə, radikallarla, terror təşkilatları ilə, o cümlədən PKK ilə mübarizə onlar tam məhv edilənə qədər aparılacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.