Ər qısqanclığa görə bıçaqla arvadının qarnını oydu, qadın ölmədi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə ər həyat yoldaşına qarşı vəhşilik edib.

Milli.Az Milliyet-ə istinadla xəbər verir ki, Qaziantep şəhərində baş verən dəhşətli hadisənin qurbanı həyatını itirməsə də, 6 gündür xəstəxanada ölümlə mübarizə aparır.

38 yaşlı İlhan Kaya 34 yaşlı həyat yoldaşı Neslihan Kayaya qısqanclıq zəminində işgəncə verib. Belə ki, o, ağzını corabla bağladığı həyat yoldaşına 2 saat yarım əzab verib, onun qarnını oyub. İlhan Kaya öz yaşı qədər həyat yoldaşını bıçaqlayıb.

38 bıçaq zərbəsi alan qadın ölməyib, bağırsaqlarını tutaraq qaçmağı bacarıb. Qonşusunun qapısını döyən Neslihan Kaya onlardan kömək istəyib. Polis və həkim çağırılıb. Ər saxlanılıb. Qadın isə ağır vəziyyətdə xəstəxanada ölümlə mübarizə aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.