Gətirilən yaralıların çoxu gənclər idi – Bakıda dəhşət

Day.Az представляет новость на азербайджанском языке

Yanvarın 21-də, dəhşətli gecənin səhəri çətinliklə də olsa, işə getdik. Əməliyyatxananın qalın şüşələri sınıq-salxaq idi. Bu cür şəraitdə insanları əməliyyat edirdik.

Day.Az Axar.az-a istinadən xəbər evrir k, bu sözləri bu gün Azərbaycan Tibb Universitetində 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov bildirib.

Professor bildirib ki, həmin gün xəstəxanaya gətirilən yaralıların çoxu gənclər idi:

"Çox sayda yaralı gətirildi xəstəxanaya. Gənclər idi. Yaralıların əksəriyyətində iriçaplı güllə yaraları vardı. Çoxusuna 1 deyil, 2-3 güllə vurulmuşdu. O mənzərə qarşısında, elə çətin vəziyyətdə, şüşələri sındırılmış xəstəxanada yaralılara kömək edirdik, əməliyyata alırdıq".

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qırğında Azərbaycan Tibb Universiteti 9 şəhid verib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.