“Palmali”nin yük tankeri Danimarka limanında saxlanılıb

19 января 2018 22:14

Day.Az представляет новость на азербайджанском языке

"Palmali Dənizçilik Şirkəti"nə məxsus "Ağsu" yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılıb.

Day.Az-ın Report-a istinadən verdiyi məlumata görə, buna səbəb "PAL SHIPPING TRADER THREE" şirkətinin mülkiyyətində olan gəmidə çatışmazlıqların ortaya çıxmasıdır.

Məlumatda gəminin İsveçin Göteborg limanından hərəkət etdiyi və yanvarın 11-də Danimarkanın Kalundborg limanına yan aldığı, danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalar başlandığı və nəzarət altına verildiyi qeyd olunub. Nəticədə "Ağsu" tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb.

Xəbərdə həmçinin texniki çatışmazlıqları aradan qaldırmadığına görə artıq 8 gündür gəminin səfərə çıxmasına icazə verilmədiyi bildirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!