Bədəndəki göbələkdən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Day.Az представляет новость на азербайджанском языке

Göbələk xəstəliyi bir çox insanı narahat edən problemdir. Amma immunitet sisteminiz güclü olarsa, bu xəstəlikdən yaxa qurtara bilərsiniz. Day.Az ailem.az-a istinadən bədəninizdə yaranan hər cür göbələk problemini aradan qaldıracaq təbii müalicə üsullarını göstərir.

Sarımsaq 

Sarımsaq mikroorqanizmlər üzərində antifunqal, antiviral, antibakteriyal və antiparazitik təsirlərə malikdir. Tərkibindəki 33 fərqli orqanosülfür sayəsində kandida göbələyinə qarşı güclü mübarizə aparar.
 
İstifadəsi: 
 
Bu zaman sarımsağı çiy olarak yemək daha tez təzir göstərir. Hər gün 2, ya da 3 diş sarımsağı salatlarınıza və ya yeməklərinizə qata bilərsiniz. Çiy sarımsağın dadına hələ öyrəşməmisinizsə, sarımsağı qatığa doğrayıb yeməyi yoxlayın.
 
Tərəvəzlər
 
Göbələk xəstəliyiniz varsa, kök, turp, kartof kimi nişasta səviyyəsi yüksək tərəvəzlərdən uzaq durun. Bunun əvəzinə nişasta səviyyəsi az olan brokoli, kələm kimi tərəvəzləri seçin. Unutmayın ki, nə qədər çox şirin şeylər yesəniz, göbələyi yaranması daha da sürətlənəcək.
 
Alma sirkəsi

Alma sirkəsinin antifunqal özəlliyi tərkibində olan turşu və digər birləşmələrdən qaynaqlanır. Həmçinin potasium, kalsium, dəmir və maqnezium mineralları baxımından da zəngin olması səbəbi ilə bədənin immunitet sistemini gücləndirərək göbələk xəstəliyinin yaranmasının qarşısını alacaq.
 
İstifadə qaydası:
 
Hər gün 1 və ya 2 xörək qaşığı alma sirkəsini bir stəkan su ilə qarışdırın. Gündə iki dəfə bu qarışımdan hazırlayıb için. 
 
Süd və süd məhsulları

Ayran, qatıq, pendir, kefir kimi süd məhsulları faydalı mikrobların artmasına səbəb olaraq, göbələk xəstəliyinə qarşı bədəni dəstəkləyər.
 
Ədviyyatlar
 
Sarıkök və darçın kimi ədviyyatların göbələk xəstəliyinə qarşı təsirli bir rol oynadığı elmi araşdırmalar zamanı sübut olunub.
 
İstifadəsi:
 
Bir çay qaşığı sarıkökü bir stəkan südlə qarışdırın. Onu bir qazana tökərək qapağını bağlayın və az odda 10 dəqiqə qaynadın. Gündə bir, ya da iki dəfə isti olaraq için.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.