Sənəm Əliyeva: "Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlılarının qürur mənbəyidir"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Cümhuriyyət İli" elan olunması xəbəri bizi həm sevindirdi, həm də qürurlandırdı. Həm Azərbaycanda, həm də Estoniyada Cümhuriyyətin 100 illiyinə həsr olunan tədbirlərə hazırlaşırıq.

Day.Az bildirir ki, bu sözləri AZƏRTAC-ın müxbirinə Estoniyadakı "Orhan" Bazar Günü Məktəbinin rəhbəri, "Ocaq" radioverilişinin baş redaktoru və aparıcısı Sənəm Əliyeva bildirib.

O bildirib ki, keçmiş SSRİ məkanında ilk dəfə olaraq 28 May - Azərbaycan Xalq Cümhuriyyəti Günü məhz Estoniyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Eston Dram Teatrında keçirilib. Ən qürurverici məqam dövlət bayrağımızın diasporumuzun nümayəndələri tərəfindən səhnədə dalğalanması və tədbir iştirakçılarına verilməsi olub. Bundan başqa, "Ocaq" qəzetində Azərbaycan Cümhuriyyəti haqqında məqalə dərc edilib.

Sənəm Əliyeva vurğulayıb ki, müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlılarının qürur mənbəyi, fəxr yeridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.