"Qarabağ"ın Türkiyədə ikinci sınağı

Day.Az представляет новость на азербайджанском языке

Qış hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" bu gün növbəti sınaq matçını keçirəcək.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar Polşanın "Lexiya" klubu ilə görüşəcəklər.

Qdansk təmsilçisi ilə oyun Qurban Qurbanovun komandası üçün ikinci hazırlıq matçı olacaq. İlk oyunda Rusiya təmsilçisi "Kuban"la qarşılaşan Azərbaycan çempionu görüşdən 2:2 hesablı bərabərliklə ayrılmışdı.

Qeyd edək ki, oyun saat 18:30-da start götürəcək.

Yoxlama oyunu
18:30. "Qarabağ" (Ağdam, Azərbaycan) - "Lexiya" (Qdansk, Polşa)

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.