ASİMDER: 20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır

20 января 2018 18:04

Day.Az представляет новость на азербайджанском языке

20 Yanvar faciəsinin günahkarları cəzalandırılmalıdır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Gülbeyin sözlərinə görə, 28 ildir ki bu faciəni törədənlər tutularaq qanun qarşısına çıxarılmırlar:

"Qeyri-hökumət təşkilatları olaraq biz, 20 Yanvar faciəsinin günahkarlarının tapılmasını və Rusiyanın Azərbaycana bu qanlı faciəyə görə təzminat ödəməsini tələb edirik".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!