Hərbi vertolyot qəzaya uğradı: 2 nəfər həlak oldu

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Kaliforniya ştatında "Apache" hərbi vertolyotu qəzaya uğrayıb.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində iki pilot həlak olub.

Qəzanın səhra üzərində təlim uçuşu zamanı baş verdiyi bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

İnsidentlə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu cari ildə ABŞ hərbiçilərinin ölümü ilə nəticələnmiş ilk bədbəxt hadisədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.