127 min “Audi”də problem tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Almaniynın Federal Avtomobil İdarəsi 127 min V6 TDI dizel mühərrikli yeni Audi markalı avtomobilinin geri çağırılması barədə göstəriş verib.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, geri çağırılma karbon qazı emissiyası ilə bağlı qalmaqalla əlaqədardı.

Belə ki, A4, A5, A6, A7, A8, Q5 və Q7 modellərində təmizləmə sistemlərinin qanunsuz söndürülməsi aşkar edilib.

 

Daha öncə Audi-nin də daxil olduğu Volkswagen avtokonserni ABŞ-da karbon qazının real emissiyasının göstəricisini azaldan proqram təminatının avtomobillərdə quraşdırılmasında ittiham edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.